Rusiya və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib 28 Dekabr 2016 02:00 Siyasət Rusiya və Türkiyə Suriya münaqişəsi ilə bağlı hərtərəfli atəşkəs planı barədə razılığa gəlib. Maide.Az xəbər verir ki, bu barədə “Anadolu" agentliyi məlumat yayıb. Planın Suriyadakı münaqişə tərəflərinə təqdim olunması nəzərdə tutulur. Razılaşma müxalifət və hökumət qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi bütün ərazilərə aid ediləcək. Tərəflərə hərbi əməliyyatları dekabrın 29-u yerli vaxtla saat 00:00-da dayandırmaq təklif olunacaq. Məlumata görə, "İŞİD" və "Əl-Nüsrə" kimi terror qruplaşmalarına bu atəşkəs şamil edilmir. Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq. / Teqlər : #Rusiya və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək Filippin prezidentindən yeni qalmaqallı çıxış
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video