Rusiya və Qazaxıstanın XİN başçıları görüşüb

Rusiya və Qazaxıstanın XİN başçıları görüşüb

-- V Xəzər sammitinə hazırlıqları müzakriə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın XİN başçısı Kayrat Abdraxmanovla V Xəzər sammitinə hazırlıqları müzakirə ediblər.
 
Maide.Az bildirir ki, "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.
 
"2017-ci il dekabrın 4-5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçıları Məşvərətində qəbul edilən qərarlara əsaslanaraq xarici işlər nazirləri Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıqları müzakirə ediblər" - XİN-in məlumatında bildirilir.
 
Qeyd edək ki, daha öncə Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünün Astanada bu il martın sonunda keçirilə biləcəyini açıqlayıb.

Google+ WhatsApp ok.ru