Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə patrul aparıb - VİDEO

Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə patrul aparıb - VİDEO

 
Rusiya və Türkiyə hərbçiləri Suriyada daha bir ortaq patrul keçirib. Bu dəfə patrulların yolu Haske vilayətinə düşüb. Rusiyanın hərbi polisi müasir "Tiger" zirehli maşınlarından istifadə edib.
 
Maide.Az xəbər verir ki, "Rusiya 24" telekanalının verdiyi məlumata görə, 4 saat ərzində patrul Suriyanın Türkiyə ilə sərhədi boyu təxminən 150 kilometr məsafəni əhatə edib və başlanğıc nöqtəsinə qayıdıb.
 
Helikopterlər karvanı marşrut boyunca havadan müdafiə edib, ekipajlar təhlükəsizlik səbəbiylə aşağı yüksəklikdən uçublar.
 
Bu dəfə terrorçular tərəfindən hər hansı təxribat olmayıb.

Google+ WhatsApp ok.ru