Rusiya Vaşinqtonun Venesuela böhranındakı mövqeyini tənqid edir

Rusiya Vaşinqtonun Venesuela böhranındakı mövqeyini tənqid edir

Rusiya Birləşmiş Ştatların Venesuela böhranına dair mövqeyini tənqid edir.
 
Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Gauido-nun özünü prezident elan etməsi “hakimiyyəti qəsb etmək cəhdidir” və bu, beynəlxalq hüquqa ziddir. O, Kremlin “xarici ölkələrdən gələn”, “xarici müdaxiləni istisna etməyən” bəyanatlardan narahat olduğunu söyləyib.
 
Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın Venesueladakı hərəkətlərinin Qərbin beynəlxalq hüquqa əsl münasibətini ifşa etdiyini bildirib.
 
“Venesuelada baş verənlər qabaqcıl Qərb cəmiyyətinin beynəlxalq hüquqa, suverenliyə, digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə necə yanaşdığını ortaya qoyur”, – nazirliyin sözçüsü Maria Zakharova deyib.
 
  

Google+ WhatsApp ok.ru