Rusiya Xəzər donanmasını gücləndirir

Rusiyanın Xəzər dənizindən Suriyaya 26 raket atması məsələsi gündəmdən düşməmiş, Rusiyanın Qara dəniz və Xəzər hərbi donanmalarına 10-dan artıq yeni silah və hərbi texnika, o cümlədən, raketdaşıyıcı və keşikçi gəmiləri, həmçinin sualtı qayıqlar alacağı xəbəri yayılıb.
 
Maide.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi dairəsinin mətbuat xidmətindən açıqlama yayılıb.
 
Açıqlamada, "Qara Dəniz və Xəzər hərbi donanmalarının tərkibinə 10-dan artıq ədəd hərbi texnikanın, o cümlədən, "Admiral Grigoroviç" və "Admiral Essen" keşikçi gəmiləri, "Zelyonı Dol" və "Serpuxov" kiçik raketdaşıyıcı gəmiləri, həmçinin patrul və çoxtəyinatlı gəmilər, "Krasnodar" sualtı qayığı, Ka-27m helekopteri və digər avadanlıqların alınması nəzərdə tutulur", - deyilir.

Google+ WhatsApp ok.ru