Rusiya Xəzərdə gizli raketini sınaqdan çıxardı

Rusiyanın Xəzər donanması “Kalibr” raket komplekslərindən atəş açıb.
 
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Raket komplekslərindən dəniz hədəflərinə atəş açılıb.
 
Qeyd edək ki, Rusiya bir müddət öncə Xəzər dənizində bu vaxta qədər imkanları gizli saxlanılan “Kalibr” raket komplekslərinin sınağını keçirəcəyini açıqlamışdı. O zamankı açıqlamada bu təlimlərdə 28 gəminin iştirak edəcəyi bildirilmişdi.
 
Rusiya bir qədər əvvəl isə “Kalibr” raketləri ilə Xəzər dənizinin cənubundan Suriyadakı İŞİD bazalarını vurmuşdu.(axar)

Google+ WhatsApp ok.ru