Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı açıqlama verib

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı açıqlama verib

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı açıqlama verib. 

 “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun və danışıqlar prosesində iştirak edən bütün ölkələrinin marağındadır”. 

 Məlumata  əsasən, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib. 

 "Hesab edirik ki, təkcə Rusiya yox, digər ölkələr - bu regionda sabitliyin möhkəmlənməsini istəyən digər dövlətlər də tərəfləri sülhə, atəşi dayandırmağa təşviq edən bəyanatlar verməlidir, - deyə o bildirib. 

 O, regionda vəziyyətin sabitləşməsinin bütün proses iştirakçılarının marağında olduğunu da vurğulayıb. /apa/

Google+ WhatsApp ok.ru