Rusiya XİN-in sözçüsü:Ağ Ev İŞİD terrorçularını müdafiə edir

Rusiya XİN-in sözçüsü:Ağ Ev İŞİD terrorçularını müdafiə edir

ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin Deyr əz-Zaur məntəqəsinə zərbələri nəticəsində Suriya qoşunlarından 62 əsgərin həlak olduğu və 100-ə yaxın əsgərin yaralandığı xəbər verilir.
 
Beləliklə, Suriyada ABŞ və Rusiya arasında bağlanmış sülh razılaşması böyük çətinliklə üzləşib.
 
ABŞ Mərkəzi komandanlığı bildirib ki, koalsiya təyyarələri Rusiya rəsmilərinin məlumatını aldıqdan sonra hücumu dərhal dayandırıb.
 
Qərb mənbələrinin məlumatlarına görə Ağ Ev Suriya qüvvələrinin "səhvən" zərbəyə məruz qaldığına görə Moskvaya təəssüfünü bildirib.
 
Bu da xəbər verilir ki, Amerika koalisiya qüvvələrinin zərbələri nəticəsində İŞİD terror qüvvələri həmin bölgədə strateji yüksəklikləri ələ keçiriblər.
 
Suriya ordusunun verdiyi məluamtda deyilir ki, ABŞ koalisiyasının hücumu nəticəsində Ordu qüvvələrinin 3 tankı, üç zirehli maşını və hava hücumundan müdafiə artilleriyası sıradan çıxarılıb.
 
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriya qüvvələrinə zərbələr 2 F-16 və A-10 təyyarələri ilə endirilib.
 
Rusiya hərbiyyəsi bildirib ki, bu zərbələr səhvən endirilbsə belə, Amerika tərəfinin terrorçulara qarşı zərbələrini Rusiya ilə razılaşdırmamasına görə baş verib.
 
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva bu zərbələrin səhvən və ya bilərəkdən İŞİD döyüşçülərinin dəstəklənməsi üçün endirilib-endirilmədiyi barədə təfərrüatlı izahat tələb edib.
 
“Suriya qoşunları üzərinə hücumdan sonra biz belə bir dəhşətli nəticəyə gəlirik ki, Ağ Ev İŞİD terrorçularını müdafiə edir” – deyib Zaxarova.
 
Rusiya bu insidentin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili sessiyasının toplanması üçün müracilət edib.
 
Bu hadisədən bir qədər əvvəl prezident Putin demişdi ki, Vaşinqton Suriyadakı “terrorçu eLementlərlə bağları qırmağa hazır görünmür”. (azadliq.org)

Google+ WhatsApp ok.ru