Rusiya XİN: Türkiyənin addımları cavabsız qalmayacaq

“Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq”.
 
Maide.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Qeyd olunur ki, dünən Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüşü olub, habelə Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb.
 
Danışıqlar zamanı Rusiya tərəfi Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına qiymət verib, Türkiyə tərəfinin addımının düşünülmüş və təxribat xarakterli olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru