Rusiya XİN: Xəzər Konvensiyası regionda sabitliyin qorunmasına töhfə verir

Rusiya XİN: Xəzər Konvensiyası regionda sabitliyin qorunmasına töhfə verir

 "Aktauda keçirilmiş V Xəzər sammitində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələr arasındakı münasibətlərdə sabitliyin və əvvəlcədən proqnozlaşdırma ehtimalını gücləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına, bütövlükdə, bölgədə aydın və hüquqi vəziyyət yaranmasına töhfə verir. Konvensiya bütün Xəzəryanı ölkələrin maraqlarına cavab verir və hamı üçün faydalıdır".

Maide.Az "Report"a istinaden xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cari ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasıməsələsinə şərh verərkən deyib.

O bildirib ki, sənəd beş dövlətin bu unikal su anbarının taleyinə dair xüsusi hüquq və məsuliyyətini təsdiqləyir: "Konvensiya gəmiçilik rejimini və Xəzər dənizinin su hövzəsinin kollektiv istifadə qaydasını müəyyənləşdirir, qeyri-Xəzəryanı dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun qeyri-mümkünlüyü prinsiplərini, dəniz məkanının yalnız sülh məqsədləri üçün istifadə edilməsini fiksə edir, ərazi sularının sərhədlərinin, balıqçılıq zonalarının, dəniz dibinin delimitasiyasını və sahil dövlətləri üçün vacib olan digər önəmli məsələləri müəyyənləşdirir".

Onun sözlərinə görə, bu sənəd iqtisadi əməkdaşlığa, investisiya cəlbediciliyinə, Xəzər beşliyinin rəqabətqabiliyyətliliyinə, inkişafın sürətləndirilməsinə və ən qabaqcıl sənaye sahələrində potensialın tam şəkildə açılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsinə yardım edəcək.

Google+ WhatsApp ok.ru