Rusiya XİN başçısı: `Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır` 05 Dekabr 2017 02:00 Dünya -- Ümid edirik ki, Sammit gələn ilin 1-ci yarısında baş tutacaq "Böyük məmnuniyyətlə deyə bilərəm ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə etdik". APA-nın Moskva müxbiri xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, konvensiyanın mətni faktiki olaraq hazırdır: "Bu yaxınlarda sənədin redaktə işləri, milli dillərə tərcüməsi və hər bir ölkənin daxilində onun yüksək səviyyədə imzalanmasına hazırlıq işləri aparılacaq. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Ümid edirik ki, Sammit gələn ilin 1-ci yarısında baş tutacaq. Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxtı barədə son qərar Qazaxısan rəhbərliyi tərəfindən veriləcək". Teqlər : #Rusiya XİN başçısı: `Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cənubi Afrika Respublikasında Əhli-beyt (ə) ardıcıllarının məscidinin açılışı olub - FOTO Nigeriyanın bir çox şəhərində “Vəhdət həftəsi” yürüşləri keçirildi-FOTO
Bosniyada soyqırım törədilməsinə haqq qazandıran yazara ’Nobel‘ mükafatı verildi - Etiraz aksiyası keçirildi - VİDEO