Rusiya XİN Qərbin Navalnı ilə bağlı sanksiyalarına münasibət bildirib 03 Mart 2021 12:56 Dünya Həmkarları odla oynamamağa çağırırıq. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqı və ABŞ-ın Aleksey Navalnı ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib. “Sanksiyalar barədə qısa olaraq: Həmkarları odla oynamamağa çağırırıq”, - deyə M. Zaxarova “Facebook”da qeyd edib. Xatırladaq ki, ötən gün Aİ həbsdəki müxalif blogger A. Navalnıya görə Rusiyanın Baş prokuroru, İstintaq Komitəsinin sədri, Cəzalara Nəzarət üzrə Federal Xidmətin rəhbəri və “Rosqvardiya”nın rəisinə sanksiya tətbiq edib. ABŞ Ticarət Nazirliyi isə A. Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib. Teqlər : #Rusiya,#XİN,#Qərbin,#Navalnı,#ilə,#bağlı,#sanksiyalarına,#münasibət,#bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə ordusunun Baş Qərargah rəisi Bağdada səfər edib Myanmada ‘ən qanlı gün’: toqquşmalarda 38 nəfər həlak olub
İran dondurulmuş 40 milyard dollar pulunun sərbəst buraxılmasını danışıqlarda şərt olaraq irəli sürür
Rusiya Təhlükəsizlik Şurasının katibi: ABŞ Rusiya-Çin sərhədi yaxınlığında bioloji silah istehsal edir