Rusiya XİN sionist zindanlarındakı fələstinli aclıq aksiyaçıları ilə bağlı müraciət edib

Rusiya XİN sionist zindanlarındakı fələstinli aclıq aksiyaçıları ilə bağlı müraciət edib

Sionist İsrail zindanlarında aclıq aksiyasını davam etdirən fələstinli məhbuslardan 300-ə yaxını səhhətlərinin pisləşməsi səbəbindən xəstəxanalara yerləşdirilib.
 
Fələstinli Əsirlər Klubunun mətbuat katibi İmani Sarahne xəstəxanaya yerləşdirilən məhbusların aclıq aksiyasına 40 gün başlayanların olduğunu bildirib.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da fələstinli məhbusların vəziyyətlərinin kritik olduğunu bildirərək, aclıq tətilinin davam etməsinin bərpası mümkün olmayan nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
 
Rusiya XİN nümayəndəsi fələstinli əsirlərin tələblərinin zindan şərtlərinin yaxşılaşdırılması, bu istiqamətdə ailələri ilə mütəmadi görüşə bilmələri, tək nəfərlik kameralarda saxlanmaya son qoyulmasının olduğunu qeyd edib.
 
Qeyd edək ki, sionist İsrail rejiminin həbsxanalarında saxlanılan 6500-dək Fələstin vətəndaşlarından 1700-dən çoxu aprelin 17-dən etibarən aclıq aksiyasına başlayıblar. Onlardan bir çoxunun səhhəti ağır vəziyyətdədir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru