Rusiya Yəmən böhranının həlli üçün İran, Misir və Ərəbistanla məsləhətləşmələr aparır

Rusiya xarici işlər nazirinin müavini Moskvanın Yəmən böhranının həlli üçün İran, Misir və Ərəbistanla məsləhətləşmələr aparmasından xəbər verib.
Maide.az xəbər verir ki, Əl-Məyadin- ın məlumatına görə, Mixail Boqdanov bu gün bildirib ki, Yəmən böhranın həll yolunu tapmaq üçün öz ərəb və iranlı şəriklərimizlə məşvərət edirik. 
Mixail Boqdanov əlavə edib ki, Rusiya bu qənaətdədir ki, Yəmən böhranının həlli dialoq yolu ilə mümkündür və mən Yəməndə siyasi prosesin bərpası istiqamətində Qahirə, Ərriyad və Tehranla sıx məşvərətlər aparmışam./
 

Google+ WhatsApp ok.ru