Rusiyaya məxsus təyyarə  Qara dənizə düşüb-YENİLƏNİB

Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb-YENİLƏNİB

Rusiya qəzaya uğrayan təyyarəsindən sağ qurtulanların olmadığı məlumatları güclənir
 
Ölkə.Az xəbər verir ki, qəzaya uğrayan təyyarədən bir nəfərin cəsədinin tapılması barədə xəbər vermişdik. Az öncə daha bir nəfərin meyiti tapılıb. 
 
Bundan əlavə "Birinci kanal"-ın 3 jurnalistin fotoları yayılıb. NTV-nin səs rejissoru Yevgeniy Tolstov isə təyyarə havalanmadan öncə onun fotosunu "Facebook" profilində paylaşıb. 
 
***
 
Bu gün Soçidən Suriyaya uçarkən qəzaya uğrayan və Qara dənizə düşən "TU-154" təyyarəsindəki 92 nəfərdən 64-ü Rusiya Müdafiə Nazirliyinin "Aleksandrov" adlı mahnı-rəqs ansamblının üzvü olub.
 
Maide.az xəbər verir ki, ansambl Suriyaya bu ölkədəki rus hərbi bazasında Yeni il konsretləri vermək üçün yola düşüb.
 
Bildirilir ki, tayyarədə ansamblın demək olar ki, bütün yaradıcı heyəti məhv olub.
 
Qeyd edək ki, bu ansambl 1928-ci ildə ayaradılıb.
 
***
 
Radarlardan itən Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dənizə düşüb.  
 
Maide.Az xəbər verir ki, Qara dənizdə sahildən 1,5 km aralıda təyyarənin hissələri tapılıb. 
 
Təyyarə hava qalxdıqdan  20 dəqiqə sonra  radardan itmişdir.   Rusiyanın Müdafiə Nazirliyi elan edib ki, bu hərbi təyyarədə  91 sərnişin olub.
 
Təyyarə Soçidən havaya qalxıb və  Suriyanın Laziqiyə bölgəsinə yerləşən hərbi bazaya gedirmiş. "Təyyarədə Rusiya hərbiçiləri, 9 jurnalist və  eləcədə yeni il şənliklərində iştirak etmək üçün  Aleksandrof musiqi qrupunun üzvləri olublar.” 
 
 

Google+ WhatsApp ok.ru