Rusiyaya qarşı sanksiyalara bəzi dəyişikliklər edilib

Son zamanlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalara yeniləri də əlavə olunur. Maide.az Lenta.ru-ya istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyanın 149 vətəndaşına və 37 şirkətinə qarşı sanksiyanın müddətini daha 6 ay uzadıb. Bu haqda Avropa İttifaqı Şurası rəsmi məlumat yayıb.
 
Ümumilikdə ittifaqın sanksiya siyahısına 151 nəfər, o cümlədən Rusiya hakimiyyətində təmsil olunanlar, güc strukturlarının nümayəndələri, siyasətçilər, iş adamları və Ukraynanın şərqindəki rusiyayönümlü separatçılar daxil edilmişdi. Yeni qərara əsasən onlardan ikisinin adı siyahıdan çıxarılıb.
 
Siyahı açıqlanmadığından, üzərilərindən sanksiya götürülən şəxslərin adları hələ ki, məlum deyil.

Google+ WhatsApp ok.ru