Rusiya yeni səsdən sürətli və qanadlı raketlər hazırlayacaq

Rusiya yeni səsdən sürətli və qanadlı raketlər hazırlayacaq


Rusiyanın müdafiə naziri Sergey Şoyqu elan edib: "Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında sazişdə iştirakının dayandırılmasıyla bağlı Vaşinqtonun hərəkətlərinə cavab olaraq, Moskva yeni səsdən sürətli və qanadlı raketlər istehsal edəcək".

 

Maide.Az IslaminSesi-a istinadən xəbər verie ki, bu haqda "Novosti" informasiya agentliyi yazır.

 

Şoyqu ABŞ-ın "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsindən" çıxmasına cavab olaraq deyib: "Rusiya ordusuna 2021-ci ilədək yeni səsdən sürətli, eləcə də qanadlı raket hazırlamaq əmri verilib".

Rusiya prezidenti Vladimir Putin fevralın 2-də, cavab aksiyası olaraq, "Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilədə üzvlüyünün dayandırılmasını rəsmən elan edib.

Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin fevralın 2-dən 180 gün müddətinə adıçəkilən müqavilədə iştirakını dayandıracağını bildirib.

Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ildə ABŞ və Sovet İttifaqının rəhbərləri tərəfindən imzalanıb.

Google+ WhatsApp ok.ru