Ruslar Türkiyənin Afrinə hücumunun qarşısını almaq üçün kürdlərə maraqlı təklif veriblər

Ruslar Türkiyənin Afrinə hücumunun qarşısını almaq üçün kürdlərə maraqlı təklif veriblər

-- Afrin bölgəsində olan 3 kürd nümayəndəsi bildirib ki...

Afrin bölgəsində olan 3 kürd nümayəndəsi bildirib ki Türkiyənin hücumundan öncə əməliyyatın qarşısını almaq məqsədilə ruslar YPG-ə təkliflər veriblər. Təklifdə gəlib ki Türkiyənin əməliyyatının qarşısını almaq üçün YPG Afrin və ətraf kəndləri Suriya hökumətinin və ordusunun nəzarətinə versin.
 
Bu barədə kürd mənbələri Assosiated Press-ə bildiriblər.
 
Rusiya və ABŞ nümayəndələri ilə tez tez görüşən Suriyanın şimalında kürd bölgələrinin İdarə heyətinin müşavirlərindən biri Badran Syakürdün sözlərinə görə ruslar onlara bölgənin Suriya Ordusuna təhvil verilməsi ilə bağlı təklif veriblər.
 
Kürd telekanallarından biri də belə təklifin olduğunu təsdiqəyib. Deyilir ki ruslar YPG-dən istəyiblər ki nəzarətindəki bölgəni Suriya hökumətinə verməklə Türkiyənin hücumunun qarşısını alsınlar.
 
Suriyanın şimalında kürd bölgələrinin İdarə heyətinin üzvlərindən biri İlham Əhməd də eyni təklifin olduğunu bildirib.
 
Qeyd edək ki, Türkiyə Ordusu və “Azad Suriya Ordusu” iki gündür ki Afrin əməliyyatlarına start verib. Türkiyə Hələb əyalətinin şimalındakı Afrin rayonunu və Fəratın qərbində olan Minbici PYD, YPG və PKK-dan təmizləmək istəyir. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru