Rus liqasındakı türk futbolçu məscid tikdirəcək

Rus liqasındakı türk futbolçu məscid tikdirəcək

 
Rusiyanın "Rubin Kazan" klubunda forma geyinən türkiyəli futbolçu Gökdəniz Qaradəniz, Tatarıstanın paytaxtı Kazan yaxınlığında məscid tikdirəcək.
 
Maide.Az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Kazana 30 kilometr uzaqlıqdakı Kalinino kəndində inşasına 2016-cı ilin 23 iyun tarixində başlanan və 300 kvadrat metr ərazidə tikilən məscid kompleksinin içində yataqxana, halal yeməklər hazırlanan yeməkxana və halal məhsulların satılacağı mağaza yer alacaq. Adı "Qaradəniz" olacaq məsciddə eyni vaxtda 300 nəfər namaz qıla biləcək.
 
Məscidin inşasını üzərinə götürən türk şirkətinin inşaat rəhbəri Gökhan Güvən bildirib ki, məscid 2 minarəli olacaq və türk memarlığı üslubunda bir qübbəsi də olacaq. Minarələrin ikisi bir-birindən fərqli, biri türk, digəri isə tatar stilində olacaq. Minarələrin ikisi də bərabər səviyyədə və dam hissəsi ilə birlikdə 25 metrə qədər yüksələcək.
 
Məscidin gələn ilin Qurban bayramında açılması gözlənilir.
 
Qeyd edək ki, 36 yaşlı Gökdəniz Qaradəniz, 2015-ci ildə Tatarıstan prezidenti Rüstəm Minnixanovla görüşmüşdü. Gökdəniz, bu görüş zamanı Minnixanova Tatarıstanda məscid tikdirmək istədiyini bildirmişdi və Tatarıstan prezidenti də onun bu tələbini müsbət qarşılamışdı. /
 

Google+ WhatsApp ok.ru