Rus pilotunu Qasim Süleymanini dəstəsi xilas edibmiş

Rusiya Hərbi Kosmos Qüvvələrinə məxsus Su-24 təyyarəsinin Türkiyə F16-ları tərəfindən vurulmasından sonra katapult edən pilotlardan biri terrorçular tərəfindən öldürülmüşdü. Digər pilotun isə sağ xilas olduğu bildirilirdi.
 
Maide.az xəbər verir ki, bu gün İranın "Fars" xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, sağ qalan pilotun xilas edilməsi üçün həyata keçirilən ilk əməliyyat uğursuz olub. Bel olan halda İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qolu, "Qüds"ün komandanı Qasım Süleymaninin başçılıq etdiyi dəstə əməliyyata başlayıb və əmliyyat uğurla başa çatıb. Pilot Rusiyanın Suriyadakı hərbi hava bazasına aparılıb. 

Google+ WhatsApp ok.ru