Rus polislər başqa bir ölkədə daxili asayişi təmin edəcək

Rus polislər başqa bir ölkədə daxili asayişi təmin edəcək

"Türkiyə, Rusiya və İranın ümumi razılığı əsasında Suriyada yaradılan təhlükəsiz zonalara rus hərbi polisləri yerləşdirilə bilər".
 
Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, bu barədə Astanada keçirilən Suriya danışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev açıqlama verib.
 
"Hələlik belə bir şey praktiki olaraq həyata keçməyib. Ancaq mən bunun ola biləcəyini istisna etmirəm. Rus hərbi polisinin təhlükəsiz bufer zonalarda yerləşdirilməsi nəzərdə tutulub" - Lavrentyev bildirib.
 
Rus nümayəndə həmçinin qeyd edib ki, yekun sənədlərin imzalanmasından sonra Suriyada təhlükəsizlik zonalarının yaradılması nəzərdə tutulur.

Google+ WhatsApp ok.ru