Rustavi şəhərində Həzrəti Zəhranın mövludu keçirilib - FOTO

Rustavi şəhərində Həzrəti Zəhranın mövludu keçirilib - FOTO

-- Gürcüstanın bir çox bölgələrində həzrət Fatimənin (s.ə) mövludu münasibəti ilə silsilə bayram tədbirləri keçirilir

Neçə gündür ki, dünyanın bir neçə ölkələrində olduğu kimi Gürcüstanın da bir çox bölgələrində Həzrət Peyğəmbərimizin (s) əziz qızı, İmamət anası, Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə silsilə bayram tədbirləri və mərasimlər təşkil olunur.
 
Maide.Az xəbər verir ki, Gürcüstanda növbəti mərasim Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və “Müsəlman Qadınları İcması”nın təşkilatçılığı ilə Rustavi şəhərində müsəlman xanımların iştirakı ilə keçirilib.
 
Üç saat müddətində proqramlaşdırılan mərasim Quran tilavəti ilə açıq elan olunuqdan sonra çıxışlarla davam edib.
 
Çıxış edənlər Həzrət Fatimeyi Zəhranın (s.ə) fəziləti haqqında və həyatından örnəklər gətirilrək O Həzrətdən alınan dərslər, Xanmımın simasında İslamda ailə və nümunəvi qadın mövzularında ətraflı danışdılar. Sonra mərasim şeir və dini ilahilər sədaları altında davam edib dualarla sona çatıb. Sonda sual cavab yarışının qaliblərinə və xanımın adının daşıyıcılarına hədiyyələr mərasim iştirakçılarına isə jurnal, təqvim və posterlər təqdim olunub.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru