Rövşən Əkbərovun korpusunda qəfil yoxlama olub

Hərbi hissələr qəfil həyəcanla ayağa qaldırıldı
 
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb.
 
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, qəfil həyacan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub.
 
Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.
 
Strateq.az bildirir ki, Müdafiə Nazirliyinin yaydığı fotolardan anlaşıldığına görə, nazirin qəfil həyəcan siqnalı ilə ayağa qaldırdığı və döyüşə hazırlıq imkanlarını yoxladığı qoşunlar general Rövşən Əkbərovun korpusuna daxil olan hərbi hissələrdir.
 
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Müdafiə nazirinin müavini vəzifəsindən azad edilən general Qorxmaz Qarayev də məhz general Rövşən Əkbərova müavin təyin edilib.azadliq.info /

Google+ WhatsApp ok.ru