Rza Ağalı 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

Rza Ağalı 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

-- Qobustan həbsxanasından

Masallı dindarı Rza Ağalı Qobustan həbsxanasından köçürülüb.
 
Maide.Az xəbər verir ki, bu barədə "Xeber44"ə R.Ağalının yaxınları məlumat verib.
 
Məlumata görə, Ağalı Rza Qorxmaz oğlu 5 saylı cəzaçəkmə müəssisəsinə (Salyan rayon, Xələc qəsəbəsi) köçürülüb.
 
Qeyd edək ki, Rza Ağalı 2015 ci ildə 14 Saylı CÇM-nin rəisi Əli İbrahimov tərəfindən dəfələrlə ağır işgəncələr verilərək karsa salınıb və "kriti"ya 
( Qobustana ) köçürülmüşdü.
 
Xatırladaq ki,  2012-ci ilin sentyabr ayında baş redaktor Araz Quliyev və digərləri ilə həbs olunan Rza Ağalı Lənkəran rayon Ağır Cinayətlər Məhkəməsinin 2013-cü ildə çıxardığı hökmlə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 

 

Google+ WhatsApp ok.ru