Rəcəb ayının fəzilət və əməlləri

Rəcəb ayının fəziləti ilə bağlı nəql olunan hədislərin sayı az deyildir. İslam Peyğəmbərindən (s)Rəcəb ayının fəziləti ilə bağlı belə nəql olunur:“Rəcəb ayı çox böyük aydır... Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığını qazanar,Onun qəzəbindənamanda olar və cəhənnəm qapıları onun üzünə bağlanar.”
İmam Kazimdən(ə) də belə nəql olunur:“Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaqlaşar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar.”O həzrət başqa bir hədisdə buyurur:“Rəcəb –cənnətdə süddən ağ və baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləqhəmin bulaqdan dadacaq.”

İbn Babəveyh mötəbər silsilə sənədlərlə Salimdən belə nəql edir: “Rəcəb ayından bir neçə gün qalmış imam Sadiqin(ə) hüzüruna getdim. Həzrət məni görcək buyurdu: “Heç bu ayda oruc tutubsan?” Dedim: “Xeyr, ey Peyğəmbər övladı!” Buyurdu: “Səninnə qədər savabı əldən verdiyiniyalnız Allahbilir...Allah-Taala bu ayda oruc tutan şəxsi əzizləməyi Özünə vacib bilib.” Sonra soruşdum: “Ey Peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam, oruc tutanların savabını qazanarammı?” Buyurdu:“Ey Salim!Kimbu ayın sonuncu gününü oruc tutsa, Allah onu“ölümün çətinlikləri, ölümdən sonrakı qorxuluhadisələr və“qəbir əzabı”ndan qoruyar. Kim son iki gününü oruc tutsa, “Sirat” körpüsündən asanlıqla keçər. Kim son üç gününü oruc tutsa, böyük “Qiyamət” gününün qorxu və şiddətindən amanda olar...”

RƏCƏB AYININ ƏMƏLLƏRİ

1. Oruc tutmaq;
2. Qüsl etmək; Rəcəb ayının əvvəli, ortası və axırında qüsl etmək bu ayın müstəhəb əməllərindəndir.
3. İmam Hüseyn (ə) və imam Rzanı (ə) ziyarət etmək;
4. Ümrə həccinə getmək;
5.Namazlardan sonraaşağıdakı duanı oxumaq;
Məhəmməd ibn Zəkvan nəql edir ki, imam Sadiqə (ə) dedim: “Canim sənə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah-Taala onunla mənə xeyir versin. Həzrət buyurdu:Rəcəb ayında hər gün namazlardan sonrabu duanı oxu:


يَامَنْ أَرْجُوهُ لِكُلِّخَيْرٍ وَآمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَامَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَامَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَمَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَرَحْمَةً أَعْطِنِيبِ مَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِالدُّنْيَا وَجَمِيعَ خَيْرِالْآخِرَةِ وَاصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّالدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّالْآخِرَةِ فَاِنَّهُ غَيْرُمَنْقُوصٍ مَاأَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَاكَرِيمُ
 

“Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim.”
Ravi deyir: “Sonra Həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxumağa başladı:


يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ
 

“Ya zəl cəlali vəl ikram, ya zən-nə`mai vəl cud, ya zəl mənni vət-təvl, hərrim şəybəti ələn-nar.”

6. “Leylətur-rəğaib” gecəsinə məxsus əməlləri yerinə yetirmək:
Rəcəb ayının ilkcüməgecəsi(Rəcəb ayının ilk cümə axşamından ilk cüməsinə keçən gecə)“Leylətur-rəğaib” adlanır və onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Həmin günü (cümə axşamı günü) oruc tutmağın savabı çoxdur və ən mühüm əməl “Şam” və “Xiftən” namazlarının arasında (iki rükətli) on iki rükət namaz qılmaqdır. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surələri oxunulur və hər namazdan sonra “Əllahummə səlli əla Muhəmmədinin-nəbiyyil ummiyyi və alihi!” – zikri deyilir. Ondan sonra səcdəyə gedilir və səcdədə yetmiş dəfə “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!” – zikri deyilir. Səcdədən qalxıb yenidən səcdəyə gedərək bu zikr deyilir: “Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim!” Bu dəfə də səcdədən qalxıb, yenidən səcdəyə gedədək bu zikr deyilir: “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!” Sonra Allah-Taaladan öz hacətlərini istə!

7. “Əyyamul-biz” adlanan günlərdə oruc tutmaq:
Hicri-qəməri aylarının 13, 14 və 15-ci günləri “əyyamul-biz” (ağ günlər) adlanır və Rəcəb ayının həmin günlərində oruc tutmaq müstəhəbdir. İmam Sadiqdən (ə) belə nəql olunur: “Kim Rəcəb ayının “əyyamul-biz” günlərində oruc tutsa, Allah-Taala ona hər bir gün üçün bir il oruc və namazın savabını yazacaqdır.” (“Misbahul-mutəhəccid”, Şeyx Tusi, 2/820.) Rəcəb ayının 13-cü günü imam Əmirəl-möminin Əli (ə) Kəbə evində dünyaya göz açmışdır.

8.Rəcəb ayının 27-ci gününün əməlləri: 
Rəcəb ayının 27-ci günü İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və ən böyük bayramlardan biridir. Həmin günün məxsus əməlləri belədir: 1.qüsl etmək; 2.oruc tutmaq; 3.çoxlu salavat demək; 4.İslam Peyğəmbəri (s) və imam Əlini (ə) ziyarət etmək.
(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi.)

Rza Şükürlü / Cenubnews /

 

Google+ WhatsApp ok.ru