Rəhim Qazıyevə həbs cəzası verilib

Rəhim Qazıyevə həbs cəzası verilib

-- 10 sutka

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib.
 
Maide.Az bildirir ki, bu barədə "Report"a onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.
 
Onun sözlərinə görə, R.Qazıyev Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb.
 
R.Qazıyevə qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil.
 
Xatırladaq ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. 

Google+ WhatsApp ok.ru