Rəqqa şəhərində kütləvi məzarlıqdan 10 min cəsəd tapıldı

Rəqqa şəhərində kütləvi məzarlıqdan 10 min cəsəd tapıldı

-- İŞİD terrorçularının öldürdüyü

Suriyanın Rəqqa şəhərində təkfirçi İŞİD terrorçularının öldürdüyü 10 min nəfəri basdırdığı kütləvi məzarlıq aşkarlanıb.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya Ədliyyə Ekspertiza İdarəsinin rəhbəri Zaher Hayo məlumat verib.
 
O, cəsəd qalıqlarının toplanması və Hələbdəki hərbi hospitala nəql edilməsi üçün xüsusi komissiyanın qurulması barədə göstəriş verib.
 
Z.Hayo deyib ki, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün gələn həftədən etibarən ekspertiza aparılacaq.
 
Qeyd edək ki, 2014-cü ildə İŞİD tərəfindən işğal edilən Rəqqa şəhəri 20 oktyabr 2017-ci ildə azad edilmişdi.

Google+ WhatsApp ok.ru