Rəşid Dostumun təyyarənin endiyi hava limanı yaxınlığında partlayış: 15 ölü, 48 yaralı

Rəşid Dostumun təyyarənin endiyi hava limanı yaxınlığında partlayış: 15 ölü, 48 yaralı

Əfqanıstanın vitse-prezidenti Rəşid Dustumu Ankaradan Kabilə aparan təyyarənin enməsindən bir müddət sonra hava limanı yaxınlığında partlayış baş verib.
 
Bir müddətdir Türkiyədə olan Dustumu aparan təyyarə partlayışdan yarım saat əvvəl Kabil Hava Limanına enib onu qarşılayan şəxslər və tərəfdarları ilə görüşüb.
 
Onun konvoyu hava limanından ayrıldıqdan dərhal sonra böyük partlayış baş verib.
 
Partlayışdan sonra hava limanı yaxınlığında internet kəsilib.
 
Hadisədən sonra mətbuat nümayəndələrinə açıqlama verən Dustum, intihar hücumu nəticəsində baş verdiyi görünən partlayışda özünü qoruyan təhlükəsizlik əməkdaşlarından 9-nun dünyasını dəyişdiyini, yaralananlar olduğunu bildirb.
 
Əfqanıstan Səhiyyə Nazirliyi partlayışda 15 nəfərin həyatını itirdiyini, 48 nəfərin yaralandığını açıqlayıb.
 
Rəsmiləri ölü və yaralı sayının artaçağından narahatdır.
 
Dustumun məsləhətçilərindən biri mediaya bildirib ki, ölənlər arasında Əfqanıstan vitse-prezidentinin mühafizəçilərindən də var.
 
Qeyd edək ki, bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.(faktxəbər)
 

Google+ WhatsApp ok.ru