Səudiyyə Ərəbistan rejim hərbiçiləri ötən gecə Avamiyyədə  3 nəfəri şəhid edib - VİDEO

Səudiyyə Ərəbistan rejim hərbiçiləri ötən gecə Avamiyyədə 3 nəfəri şəhid edib - VİDEO

Səudiyyə Ərəbistan rejim hərbiçiləri ötən gecə Avamiyyə bölgəsində 3 Əhli-beyt (ə) ardıcılını şəhid edib. 
 
Maide.Az “Al-Alam”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rejim qüvvələrinin Qətif əyalətinin Avamiyyə bölgəsində Sihat qəsəbəsinə hücum zamanı 3 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.
 
Səudiyyə Ərəbistan rejim hərbiçiləri artıq ikinci gündür ki, Avamiyyə bölgəsində əhaliyə hücumları davam etdirir.  
 
Şənbə günü səhər Səudiyyə Ərəbistan KİV-ləri məlumat yayıb ki, hərbiçilər Əhli-beyt (ə) ardıcıllarına odlu silahla birbaşa atəş açıb. Bunun nəticəsində Cəfər Mubirik, Həsən Məhəmməd və Sadiq Dərviş adlı gənclər şəhid olub. Bir neçə nəfər yaralanıb. 

Google+ WhatsApp ok.ru