Səudiyyə Ərəbistanı Qətəri hədələdi

Səudiyyə Ərəbistanı Qətəri hədələdi

-- Suriyaya qoşun göndərməsən...

Fars  Körfəzi ölkələri  ABŞ-a görə, Qətərə yeni saknksiya tətbiq etmək  istəyir.  
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr açıqlama verib. 
 
Onun sözlərinə görə, yeni sanksiyalara səbəb Qətərin Suriyada olan ABŞ ordusuna maliyyə yardımı ayırmamasıdır.  "Əgərə Qətər sanksiyalardan yaxa qurtarmaq istəyirsə o zaman ABŞ ordusunun Yaxın Şərqdə saxlanılması üçün maliyyə yardımı ayırmalıdır və Suriyaya qoşun göndərməlidir. Çünki ABŞ tərəfi  Körfəz ölkələrinin təhlükəsizliyini təmin edir."
 
A.Cubeyr deyib ki, ABŞ-ın Qətərin təhlükəsizliyini təmin etməyi dayandırması nəticəsində  ölkə bir həftə ərzində dağıla bilər. 
 
Qeyd edək ki,  ötən ilin iyun ayına kimi Suriyada terroçuları dəsətkləyən Qətər və başda Səudiyyə Ərəbistan olmaqla 4 Fars Köfəzi ölkələri arasında gərginlik artıb. Səudiyyəli nazirin  açıqlamasından görünən odur ki, ABŞ Yaxın Şərqdə öz siyasətini həyata keçirmək üçün  Fars Körfəzi ölkələrinin maliyyəsindən daha çox istifadə etmək niyyətindədir. 
 
Qətərin Suriyaya qoşun göndərməməsi və ABŞ-ı dəstəkləməməsi əlavə  maliyyə yükü gətirib.  Bu isə  ABŞ-ın  regionda  siyasətini həyata keçirmək üçün öz büdcəsindən yeni xərclər ortaya qoymasına səbəb olub.  Qərbin  regionda "hərbi  bazası" rolunu icra edən Səudiyyə  Ərəbistanı isə son saray çevrilişindən sonra  tamamilə  ABŞ-ın vassalına çevrilib. Zəngin neft ölkəsi olan Qətərin proseslərdən geri çəkilməsi  ABŞ və müttəfiqlərini ciddi ziyana salıb.
 
Odur ki,  Qətəri  bütün vasitələrlə (hərbi yol istisna deyil) koalisiyaya  qoşulmağa məcbur etmək istəyirlər.

Google+ WhatsApp ok.ru