Səudiyyə rejiminin müxalifləri “15 sentyabr” mitinqini keçirib - VİDEO

Səudiyyə rejiminin müxalifləri “15 sentyabr” mitinqini keçirib - VİDEO

Sentyabrın 15-i Səudiyyə Ərəbistanının müxtəlif məntəqələrində “15 sentyabr hərəkatı”nın çağırışı ilə dinc nümayiş və etiraz aksiyalarının keçirildiyi bildirilib.
 
Səudiyyəli fəallar Ali Səud rejiminə müxalif şəxslərdən ibarət “15 sentyabr hərəkatı” adlı bir qrup 6 maddəlik bəyanat yayaraq, xalqı cümə namazından sonra dinc mitinqlərdə fəal şəkildə iştirak etməyə çağırmışdı.
 
Çağırışdan sonra Səudiyyə rejiminin rəsmiləri baş müftidən bu aksiyaların keçirməməsi üçün fətva verməsini tələb etdikləri bildirilib.
 
“15 sentyabr hərəkatı” verdiyi bəyanatında işsizlər, kasıblar, məhbuslar və maddi və mənəvi hüquqlarından məhrum edilmiş bütün səudiyyəliləri öz sözlərini demək üçün onlara qoşulmalarını istəyib. (deyerler) /

Google+ WhatsApp ok.ru