Bəqərə, 56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz.

Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”



SƏKKİZİNCİ SƏCİYYƏ: HƏMİŞƏ DUA EDƏRLƏR (1)

Tarix : 30-08-2017 10:29

Qadir Allahın dərgahına əl açıb dua etmək rəhman Allahın həqiqi bəndələrinin ən mühüm xüsusiyyətlərindənir. Mehriban Allah bu səciyyəni belə vəsf edir:

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

“(Allahın həqiqi bəndələri) “Ey Rəbbimiz, zövcələrimiz və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və bizi təqvalılara başçı seç!” – deyirlər.” (“Furqan” surəsi, ayə 74.)

Bu ay ilə bağlı bir neçə mətləb diqqəti cəlb edir:

1. İndiki zaman fel formasında qeyd olunan “yəqulunə” (deyirlər) ibarəsi ilahi bəndələrin dua və yalvarışlarının davamlı olmalarını bildirir. Adətən, imanı zəif insanlar yalnız çətinliklər zamanı Allaha üz tutur, ehtiyac və çətinlikləri aradan qalxdıqda, Onu unudurlar.

2. İlahi bəndələr yalnız dua və istəklə qənaətlənməyir, eynilə yeri şumlayan, toxumu əkən, sahəni suvarıb vaxtında dərmanlayan, münasib zamanlarda alaqları biçən, nəhayət, yaxşı məhsul götürmək üçün əlini duaya qaldıran əkinçiyə bənzəyirlər. Onlar ailə-uşaqlarının düzgün tərbiyəsi istiqamətində heç nəyi əsirgəmir, onları fəsad və inhiraf amillərindən uzaq saxlayır və eyni zamanda onların islahı və hidayəti üçün də dua edirlər. Şübhəsiz, belə duaların qəbuluna ümid çoxdur!

3. Ayədə qeyd olunan “qurrətu əyun” ifadəsini dilimizdə göz aydınlığı, gözün nuru, xoşbəxtlik, fəxr və sevincə səbəb olan hər bir şeyə aid etmək olar.

Qeyd etməliyik ki, dini maarifdə duaya, xüsusilə Xaliqlə daimi rabitəyə yüksək yer verilir. Belə ki, Allah-Taala “Furqan” surəsinin sonuncu (77-ci) ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurur:

قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ

“(Ey Peyğəmbər!) De: Əgər dualarınız olmasa, mənim Rəbbim sizə əhəmiyyət verməz...”

İnsanın mütləq qüdrət sahibinə təmənnası və ehtiyac hissi olmayanadək lütfdən məhrumdur və Onun dərgahında qədir-qiyməti yoxdur. Duanın xüsusi yerini bəyan edən bu qısa və mükəmməl epiqraf, onu tam dolğunluğu ilə əks etdirir. Bununla bağlı hədislərdə də gözəl təbirlər gözə dəyir ki, onlardan iki nümunəni qeyd edirik:

1. İslam Peyğəmbəri (s) buyurur: “Həqiqətən, möminin silahı duadır.” Yəni duasız bəndə özünü müdafiə etməyə qadir deyil. (“Mizanul-hikmə”, bölmə 1198, hədis 5759.)

2. İmam Əli (ə) də buyurur: “Dua qurtuluş çırağı, qələbə və doğruluq açarıdır.” (“Mizanul-hikmə”, bölmə 1197, hədis 5746.)

Bir sözlə, duа – Аllаhlа bəndə аrаsındаkı mə`nəvi əlаqə insаnın dərdlərinin, nigаrаnçılıqlаrının, həttа xəstəliklərinin аrаdаn getməsində böyük rol oynаyır. “Ərəfə günü” və Qurban bayramı” yaxınlaşır. Allahı and veririk bu müqəddəs günlərin və sevdiyi bəndələrinin ehtiramına, bizim istək və dualarımızı qəbul etsin! (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.150-151.)

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 11:47