Bəqərə, 51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

Həzrət Məhəmməd (s) buyurur:
“Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”



SƏKKİZİNCİ SƏCİYYƏ: HƏMİŞƏ DUA EDƏRLƏR (2)

DUANIN ƏHƏMİYYƏTİ İLƏ BAĞLI MƏQAMLAR (2)

Tarix : 05-09-2017 16:01

Dualar, məxsusən məsum rəhbərlərin duaları böyük əxlaq və tərbiyə dərsləri ilə doludur. Məsələn, “Nüdbə duası” məzmununa görə imamət və vilayət dərsidir. Özündə yüksək ilahi maarifi əks etdirən imam Hüseynin (ə) “Ərəfə duası” tövhid və yeganəpərəstliyin tərcümeyi-halıdır. İmam Əlinin (ə) “Kumeyl duası” bizə tövbə, özünütərbiyə və nəfslə mübarizə dərsini aşılayır. İmam Səccadın (ə) “Məkarimul-əxlaq duası” İslam əxlaqı ilə bağlı kamil dərslikdir.

Dua insana diqqət yetirmədiyi və unutduğu məsələləri xatırladır. Buna mübarək Ramazan ayında gündəlik namazlardan sonra oxunan aşağıdakı duanı misal çəkə bilərik:

اَللّـهُمَّ اَدْخِلْ عَلى اَهْلِ الْقُبُورِ السُّرُورَ

“İlahi, qəbiristan əhlinə şadlıq bəxş et!

 اَللّـهُمَّ اَغْنِ كُلَّ فَقير

İlahi, bütün yoxsulları ehtiyacsız et!

اَللّـهُمَّ اَشْبِعْ كُلَّ جائِع

İlahi, bütün acları doyuzdur!

اَللّـهُمَّ اكْسُ كُلَّ عُرْيان

İlahi, libası olmayan bütün çılpaqları geyindir!

 اَللّـهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدين

İlahi, bütün borcluların borclarını ödə!

 اَللّـهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوب

İlahi, bütün çətinliyi olanları qəm-qüssədən xilas et!

اَللّـهُمَّ رُدَّ كُلَّ غَريب

İlahi, bütün qəribləri (vətənlərinə) qaytar!

 اَللّـهُمَّ فُكَّ كُلَّ اَسير

İlahi, bütün əsirləri əsirlikdən qurtar!

 اَللّـهُمَّ اَصْلِحْ كُلَّ فاسِد مِنْ اُمُورِ الْمُسْلِمينَ

İlahi, müsəlmanların işlərindəki hər hansı fəsadı islah et!

 اَللّـهُمَّ اشْفِ كُلَّ مَريض

İlahi, bütün xəstələrə şəfa ver!

 اللّهُمَّ سُدَّ فَقْرَنا بِغِناكَ

İlahi, sərvətinlə yoxsulluğumuzu aradan qaldır!

اَللّـهُمَّ غَيِّر سُوءَ حالِنا بِحُسْنِ حالِكَ

İlahi, gözəl halınla uğursuzluğumuzu dəyişdir!

 اَللّـهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَاَغْنِنا مِنَ الْفَقْرِ

İlahi, borclarımızı ödə və bizi yoxsulluqdan qurtar!

 اِنَّكَ عَلى كُلِّ شَيء قَديرٌ

Həqiqətən, Sən hər şeyə qadirsən!”

Bu dua insanın il boyu unutduğu əsaslı məsələləri yada salır. İnsana öyrədir ki, dünyadan gedənlərin fikrində olsun, yoxsulların ehtiyaclarını aradan qaldırsın, acları doyuzdursun, münasib geyim tapa bilməyənlərə yardım etsin, borclarını ödəyə bilməyənlərin borcunu qaytarmaq üçün bir çarə fikirləşsin, dərdi olanların qəm-qüssəsini aradan qaldırsın (nəinki artırsın), yolda qalmış müsafirlərə və vətənindən ayrı düşənlərə kömək etsin, zaman ötdükcə yaddaşlardan silinən məhbusların azadlığı üçün addım atsın, cəmiyyəti bürüyən fəsadların islahı üçün çalışsın, müsəlman xəstələrin şəfası üçün əlini duaya qaldırsın və s.

Bəzən insan işinin çoxluğundan öz vəziyyətindən belə qafil olur. O zaman bu dua onu öz yadına salır və ona xatırladır ki, mübarək Ramazan ayı kimi dəyərli bir vaxtlarda ruhi və cismani, maddi və mənəvi gərginliklərinin çarəsi haqda düşünsün, qəflət pərdələrini aradan qaldırsın və hər bir işə qadir varlıqdan yardım diləsin. Demək, duaların insanı qəflət yuxusundan ayıldan dəyərli xassəsi vardır.

Duanın qəbul şərtlərindən biri iş və fəaliyyətdir. Dua mədəniyyətilə tanış olanlar bilirlər ki, dua insanı iş və fəaliyyətə cəlb edir, onu süstlük və tənbəllikdən çıxarır.

Allahdan yaxşı ailə, saleh zövcə və nümunəvi övlad istəyən şəxs ülvi hədəflərə çatmaq üçün, bütün qüvvəsini səfərbər etməli, mümkün olmayanı Allahdan diləməlidir.(“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkarim Şirazi, səh.152-154.)

İmam Sаdiq (ə) buyurur: "Аllаhın istəkli bəndəsi qаrşısınа çıxdığı hаdisələrdə Аllаh dərgаhınа duа edərАllаh-Tааlа isə hаcətyinə buyurаr: "Bəndəmin hаcətini qəbul et, аmmа onu həyаtа keçirtməkdə tələsmə ki, onun səsini və rаz-niyаzını çox eşitmək istəyirəm. Аllаhın pis bəndəsi isə qаrşısınа çıxаn hаdisələrdə Аllаh dərgаhınа duа edərkən, hаcət mələyinə əmr olunаr ki, onun hаcətini ver və bu işdə tələs ki, onun səsini eşitmək istəmirəm." (“Üsuli-kafi”, 4-cü cild, səh.246.)

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:23
05:11
12:43
20:31
23:49
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-06-2018 17:17