S-400 komponentlərini daşıyan daha bir təyyarə Türkiyədə eniş etdi

S-400 komponentlərini daşıyan daha bir təyyarə Türkiyədə eniş etdi

S-400 zenit-raket komplekslərinin komponentlərini daşıyan 7-ci Rusiya təyyarəsi Türkiyədə enib.
 
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə Mürted hərbi-hava bazasında eniş edib.
 
Xatırladaq ki, bu gün komponentləri daşıyan daha 2 təyyarənin eniş etdiyi barədə məlumat verilirdi.
 
Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması iyulun 12-dən başlayıb.
 

Google+ WhatsApp ok.ru