S.Fərzəliyev: İŞİD mediadan İslama zərbə vurmaq üçün istifadə edir

S.Fərzəliyev: İŞİD mediadan İslama zərbə vurmaq üçün istifadə edir

APA-nın Tehran ofisinin rəisi İŞİD-in mediadan İslama zərbə vurmaq üçün istifadə etdiyini və bununla İslamın həqiqi simasını dünyaya tərsinə göstərməyə çalışdığını vurğuladı.

Maide.Az xəbər verir ki, Süleyman Fərzəliyev – Azərbaycan respublikasının APA xəbər agentliyinin Tehran ofisinin rəisi, İİR-nın 22-ci Beynəlxalq Mətbuat Sərgisi çərçivəsində İQNA ilə müsahibəsində media və "kütləvi informasiya vasitələri"indən səmərli və effektiv istifadədə zəif olmağı, İslam dünyasının əsas problemlərindən biri olduğunu vurğulayıb. 

S.Fərzəliyev "KİV" və media nümayəndələrinin yalan xəbərləri və şayiələri yaymaqdan çəkinmələrinin və həqiqətləri çatdırmalarının zəruri olduğunu bildirib və deyib ki, bir medianın əsas vəzfiəsi insanlar üçün faydalı və qurucu ola biləcək xəbərləri yaymaqdır. Əsassız xəbərlərin və şayiələrin bir mediada yayılması həmin medianın mahiyyətini sual altında alır. Bu gün dünyada bir çox media vasitələri vardır ki, yalan və şayiə yaydıqları üçün cəmiyyət arasında etibar və etimadınını itiriblər.
 
S. Fərzəliyev Qərb cəmiyyətində İslamofobiya dalğasının geniş yayıldığını bildirib və deyib ki, İslamofobiya həqiqətdə cəmiyyətdə İslam dininə qarşı bir sıra mənfi baxışların qorxu və həyacanla yayılmasıdır. "Düşmənlər bu soyuq silahdan istifadə edərək indiyədək İslam dünyası və müsəlmanlara çoxlu zərərlər yetiriblər. Bu arada islamofobiyanın yayılması üçün media və KİV-lərdən istifadə düşmənin əsas vasitələrindən biri olub. Buna görə İslam dünyası da qüdrətli media qərargahları icad edərək düşmənin bu silahı ilə mübarizə aparmalıdır".
 
O əlavə edib ki, Qərb cəmiyyətində islamofobiyanın kök salmasının qarşısını almaq üçün İslam ölkələri və müsəlmanlar mətbuat və media sahəsində əsaslı həll yolları fikirləşməlidir. "İslam ölkələri bu sahədə həmkarlığı genişləndirərək İslamın həqiqi simasını dünyaya tanıtmalıdır. İslami ölkələrin mediası bu sahədə eyni yöndə və bir istiqamətdə hərəkət etməlidir".
 
APA-nın Tehran ofisinin rəisi islami medianın dünya mediası arasında öz lazımi yerini hələ də lazımınca tuta bilməməsinə toxunub və deyib ki, təəssüflər olsun ki, bu gün dünyada qeyri-islami medialar daha məşhur və tanınmışdırlar. "Doğrudur, islami medialar da dünya səthində bir sıra fəaliyyətlər göstərirlər, amma hələ də çox və effektiv təsirə sahib ola bilməyiblər. İslami ölkələrin mediaları xalis niyyət və hər cür qərəzdən uzaq olaraq həqiqi İslamı dünyaya tanıtmağa çalışmalıdırlar".
 
Süleyman Fərzəliyev Azərbaycanda islami medianın vəziyyətindən danışıb və deyib ki, hazırda "maide.az", "deyerler", "faktxəbər" və "islamazeri" kimi İslami xəbər və informasiya portalları ölkədə xüsusi aktivliklə seçilirlər, İslam dünyası və dini xəbərləri işıqlandırırlar. "Fikrimcə bu mediaların ölkə miqyasında dini xəbərlərin yayılmasında kifayət qədər təsirli rolu vardır. Adı çəkilən medialar xəbərdən əlavə İslam maarifi sahəsində də insanlarda təsirə malikdirlər və insanlarda İslami təlimlərə maraq oyada biliblər".
 
S.Fərzəliyev İŞİD-in mediadan İslama zərbə vurmaq üçün geniş şəkildə istifadə etdiyini vurğulayıb və deyib ki, Amerika medianı, xüsusilə də sosial şəbəkələri İŞİD-in ixtiyarına buxarıb və onları bu sahədə dəstəkləyir. "İslam düşmənləri texnologiya və digər təchizatı İŞİD-in ixtiyarında qoyaraq çalışırlar ki, İslamın həqiqi simasını dünyaya tərsinə göstərsinlər. Mənim fikrimcə İŞİD öz hədəflərini müəyyən bir həddə qədər virtual məkanda irəli apara bilib. Bu vəziyyətdə bizim vəzifəmizdir ki, daha effektiv və konstruktiv proqramlar hazırlayaraq İslam əleyhinə başlanmış mənfi təbliğatlara qarşı mübarizə aparaq." (iqna)

Google+ WhatsApp ok.ru