Səfirlər Bakıya yığılır

İlham Əliyevin iştirakı ilə səfirlərlə geniş toplantı keçiriləcək

Yaxın günlərdə prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçiriləcək.
 
Maide.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən Modern.az saytına məlumat verilib. Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.
 
Qeyd edək ki, Azərbaycan dövlət başçısının ötən illərdə diplomatlarımızla bir neçə dəfə belə görüşləri olub.
 

Google+ WhatsApp ok.ru