Səhmdarlar etiraz aksiyasına hazırlaşır

“"2015-ci ildə ölkədə olimpiada yarışları keçiriləcəyinə baxmayaraq, sökülmüş "Bakı mehmanxanası"nın yeri xarabalığı xatırladır. İki ilə yaxındır ki, səhmdarların yığıncağı keçirilmir və Ümumi yığıncağın protokolu səhmdarlara verilmir"
Bu sözləri "Bizim Yol" qəzetinə "Bakı mehmanxanası" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı Ramiz Əliyev bildirdi. O Cəmiyyətin 1 faiz səhminə sahibdir. 
 
"Mehmanxananın binası sökülsə də, ASC-nin taleyi ilə bağlı səhmdarlara heç bir məlumat verilmir. Ümumi yığıncağın protokolu da bizə verilmir və cəmiyyətin tədbirləri barəsində məlumatsızıq. Bizdə olan qeyri-rəsmi məlumata görə, mehmanxana binasının yerində 19 mərtəbəli biznes mərkəzi tikiləcək. Müəssisənin fəaliyyət göstərəcəyi, eləcə də dividend veriləcəyi ilə bağlı vəd  verilib", deyə R.Əliyev bildirdi. 
 
Onun sözlərinə görə, yaxın günlərdə səhmdarlar sökülmüş mehmanxana binasının ərazisində etiraz aksiyası keçirəcəklər.
Qeyd edək ki, cəmiyyətin rəhbəri "United Credit" Bankın Müşahidə Şurasının Sədri Marayev Hüseyn Axmedoviçdir.

Google+ WhatsApp ok.ru