Sərdar Hacıhəsənli Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

 Zilhiccə ayının 18-i (oktyabr 13-ü) Qədir-Xum bayramıdır. 
Cenubnews.com saytının məlumatına görə, bu gün münasibətlə tanınmış İlahiyyatçı-alim Sərdar Hacıhəsənli münasibət bildirib. 
“Bismillahir Rəhmanir Rəhim”
Zilhiccə ayının 18-i Qədir-Xum bayramıdır. Qədir-Xum hadisəsi , İlahi dinin kamilləşdiyi və nemətlərin tamamlandığı gündür. Elə bu səbəbdən də İslamın ən böyük bayramlarından hesab olunur. Qədir-Xum bayramı imamət və vilayətin rəsmi açıqlandığı gündür. Qədir-Xum , sıra və cərgələrin bəlli olunduğu gündür. Qədir-Xum baş vermiş bir tarixdir. Bu tarixin başlanğıcı Mədinə, ortası Kərbəla hadisəsi və sonu isə zühurdur. Bu böyük bayram münasibəti ilə ilk öncə Qədir hadisəsinin yeganə varisi İmam Zaman (əc )ağanı, dünya müsəlmanlarını xüsusi ilə Əhli-Beyt (ə) aşiqlərini səmimi qəlbdən təbrik edirəm.Alahdan diləyirəm ki, dünya və axirətdə bizi Əhli – Beytdən (ə) ayrı salmasın. /

Google+ WhatsApp ok.ru