Səudiyyə Ərəbistanında nümunəvi müəllimlərə BMW hədiyyə olunacaq

Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi nümunəvi  müəllimləri mükafatlandırmaq qərarına gəlib. 
Maide.az-ın Arab News-a istinadən məlumatına görə,  onlara lüks salonlu BMW-lər və 10 mindən 120 min riala qədər (32 min dollar)  pul mükafatı veriləcək. 
Mükafata məktəb direktorları və savadlı müəllimlər namizəddir.
Məlumata əsasən, mükafatlar əlaçı şagirdlərədə verilməsi təklif olunur , lakin bu haqda dəqiq məlumat bilinmir. Təhsil Nazirliyində 2014-cü ilin laureatlarını artıq seçiblər. 
Səudiyyə Ərəbistan büdcəsinin 1/4 hissəsindən çoxu təhsilə sərf olunur. Krallıqda 8 universitet, 24 mindən artıq məktəb, çoxlu sayda kollec və təhsil müəssələri var. 
Krallıq vətəndaşlarına təhsil tamamilə pulsuzdur. Bundan əlavə tələbələr təhsil üçün lazım olan bütün ləvazimat və kitablarla təmin olunurlar. //

 

Google+ WhatsApp ok.ru