Səudiyyə zindanlarında şiə məhbuslara qarşı təzyiqlər artıb

 Ali-Səud rejiminin Səudiyyə Ərəbistan şiələrinə qarşı ayrı-seçkiliyə əsaslanan siyasətləri davam etdirilir. 
Maide.az-ın Səudiyyə Ərəbistanın Əl-Əvamiyə News  xəbər portalına istinadən məlumatına görə,  Şiə məhbuslar Ərəbistanın Əl-Dəmam şəhərinin istintaq təcridxanasında müxtəlif növ şikəncələrəməruz qalırlar.
Məlumatda bildirilir ki,  Səudiyyə Ərəbistanında məzhəblər arasında ayrı-seçkiliklər məhərrəm ayının əvvəlindən etibarən daha da artıb. 
Bəzi şiə məhbusları bildirib ki, Səudiyyə zindan gözətçiləri aşkar şəkildə İmam Hüseyn (ə)-a hörmətsizlik edərək məhbusları kameralara göndərib döyürlər.
Qeyd edək ki, Aşura gecəsində təkfirçi terrorçular əsasən şiələrin məskunlaşdığı Əl-Ehsa şəhərində Əl-Daluh hüseyniyyəsinə hücum ediblər. Bundan başqa onlar həmçiin həmin  şəhərin Əl-Qarə və Əl-Qərin  kəndlərindəki hüseyniyyələrə hücum ediblər. Hücumlar nəticəsində 8 İmam Hüseyn (ə) əzadarı şəhid olub , 30 nəfərdən çoxu isə yaranıb.  /

Google+ WhatsApp ok.ru