Səddamın qızından İŞİD-ə maliyyə dəstəyi

İraq və Suriyada terror fəaliyyəti göstərən İŞİD təşkilatına İraqın devrilmiş diktatoru Səddam Hüseynin qızı Raad Hüseynin maliyyə yardımı etdiyi bildirilir.
  
Maide.az CNN-ə istinadən xəbər ki, Səddamın qızı İŞİD-in İraqın sünni bölgələrində mövcudluğundan məmnundur və əmisi İzzət İbrahim Ədduri vasitəsi ilə də İŞİD təşkilatına maliyyə yardımı göstərir.
 
Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın "Der Spiegel" qəzeti İordaniyada lüks həyat yaşadığı bildirilən Səddam Hüseynin qızının "ikirəqəmli ədədlə milyonlarla dollarlıq sərvəti olduğu" və bunun bir qismini İŞİD-ə köçürdüyünü yazmışdı. Qəzetin şərqli diplomatlara istinad etdiyi xəbərində, Bəəs rejiminin qisasını almaq istəyən Səddamın qızının hakimiyyət xəyalı qurduğu deyilirdi.

Google+ WhatsApp ok.ru