Səud Kralının nəvəsi rejimi yıxıb-sürüdü

Maide.az xəbər verir ki, Ərəbistan kralının nəvəsi ölkəsindəki kəşfiyyat nazirliyində şiəlik əleyhinə çalışan bir şəbəkənin varlığından danışıb. "Rəvafiz" adlı bu şəbəkənin işinə Tunis, İordaniya və Yəmənin büdcəsi qədər büdcə ayrılıb. Satılmış "şiə alimləri"nə milyonlarla dollar verərək, bu məzhəbi çökdürmək və onu çirkin göstərmək səyləri göstərilir.
 
Parisdə yaşayan və Səudiyyə Ərəbistandakı idarəetməyə müxalif olan Ərəbistan kralının nəvəsi Turku bin Bəndər bin Məhəmməd bin Əbdürrəhman Ali Səud bir qrup mütəfəkkir, alim, siyasətçi və jurnalistlə keçirdiyi həftəlik konfransında səs-küylü bəyanatlar verib. Turku vəhhabiliyin şiə haqqındakı inanclarının batil olduğunu deyib və Ali Səud haqqındakı bəzi həqiqətləri deyib. Turku belə danışıb:
 
"Şiələr Həzrət Hüseyni (ə) ziyarət edərək Allaha yaxınlaşmaq yolunu axtarırlar. Halbuki, sələfilər şiələri öldürməklə hər nə qədər Allaha yaxınlaşdıqlarını zənn etsələr də, əslində Şeytana yaxınlaşırlar.
 
Şiələr hər hansı bir günah etmirlər. Halbuki, sələfilər ən böyük günahlardan olan və İslamın şiddətlə qadağan etdiyi insan öldürmək cinayətini törədirlər. Sələfilərin Əhli-beyt davamçılarını öldürmək kimi bir haqları yoxdur. Çünki onlarla aralarında yalnız fikir fərqi var."
 
Ərəbistan Daxili İşlər Nazirliyinin keçmiş üzvü olan Turku bin Bəndər sözlərinə belə davam edib: "Ərəbistanda kralı tənqid edən şəxslər saray alimləri tərəfindən kafirlikdə günahlandırılır. Keçmişdə şiələrin Əbubəkr, Ömər və Osmanın xilafəti qəbul etmədikləri üçün kafir olduqlarını bu cür alimlərdən eşitdik! Halbuki, bu gün mənim üçün sübut olunmuş bir həqiqət var. O da budur: Hökumətin başındakı siyasətçiyə müxalif olan şəxs saray alimləri tərəfindən kafirlikdə günahlandırılır! Əbubəkr, Ömər və Osman da siyasətçi olduqları üçün hər kəsin onlarla müxalifət etmək hüququ olması demokratiyanın özüdür. Şiələrin kafir adlandırılmasının səbəbi də bu müxalifətdir. Amma görünən odur ki, burada şiələr səhvə yol verməyiblər."
 
Turku bin Bəndər Ərəbistan Kəşfiyyat Nazirliyinin tərkibində "Rəvafiz" adlı bir şöbənin yaradıldığından bəhs edib və belə danışıb: "Bu orqan üçün Tunis, İordaniya və Yəmənin illik dövlət büdcəsi ölçüsündə bir maliyə ayrılmışdır. Bu şöbə şiəliyi çirkin göstərmək üçün yalan məlumatlarla dolu kitab və broşürlər çap edərək, bunları həcc və ümrə zamanlarında dünyanın müxtəlif ölkələrindən gələn müsəlmanlara paylayırlar. Bu kitabların bəzilərində şiələrin öldürülməsi lazımlığından və bunun fəzilətindən söhbət açılır!
Mən Daxili İşlər Nazirliyində olduğum dövrdə livanlı bir "şiə alim" Ali Səud xanədanına könüllü nökərlik etmək üçün gəlmişdi. Ona peyk telekanal açması üçün 7 milyon dollar ödəndi. O, bu kanalda şiəliyin çirkin göstərəcəkdi. Məsələn, Həzrət Hüseynə (ə) yas tutmağın bidət olduğu, heç bir dini və Quran əsası olmadığından bəhs edəcəkdi. O bunu etdi. Ömər bin Xəttabın Həzrət Fatimənin (s.ə) şəhadətində heç bir marağının olmadığını söylədi. "Sərxoş olarkən namaza yaxınlaşmayın" ayəsinin Əli ibn Əbu-Talib (ə) haqqında nazil olduğunu dedi. Azandan "Əşhədu ənnə Əliyyən vəliyullah" ifadəsinin çıxarılması lazım olduğunu bildirdi."
 
Turku sözlərinə belə davam edib: "Bir müddət sonra Ali Səud xanədanına nökərlik edən o "alim" öldü. Onun yolunu davam etdirəcək yeni xidmətçilər tapdılar. Bu gün milyonlarla dolların sırf şiəlik əleyhinə kampaniyalar üçün xərcləndiyi hər kəsə məlum olan bir həqiqətdir. Onlar İraqdan şiəlik adını silməyi planlaşdırırlar. Amma onu unutmasınlar ki, bu səylər əbəsdir və yalnız bir ovuc axmaq insana təsir göstərə biləcəklər."
 
Turku bin Bəndər sözlərinin sonunda belə deyib: "Mən yaxın vaxtlarda Fransa vətəndaşlığı alacağam və bu ölkədəki parlament seçkilərinə namizəd olacağam. Çünki Ərəbistan yalnız günahkar rejim tərəfindən idarə edilən, geridə qalmış bir ölkədir. Bu ölkənin rəhbərləri 24 saatın namaz vaxtlarından başqa digər saatları şərab içmək və millətin malını talamaqla keçirirlər. Onlar haqsız yerə topladıqları sərvətləri rəqqasə qadınlara, qatil kişilərə hədiyyə edirlər."

Google+ WhatsApp ok.ru