Səudiyyə Ərəbistanında saray çevrilişi - ABŞ mediasından sensasion iddia

ABŞ-ın  məşhur  "Huffington Post" qəzetində  "Səudiyyə Ərəbistanında saray çevrilişi başlıqlı təhlil yazısı yayımlanıb.
 
Avropa.info həmin yazının tərcüməsini qısa ixtisarla təqdim edir:
 
Kralın ölümündən 12 saat sonra  Səudiyyə  Məclisinin güclü və zəngin  tayfası  Sudairi qəbiləsi təkrar ortaya çıxdı və adı olan, fəqət cismi olmayan bir saray çevrilişi hazırladı.
 
Yeni kral Salman vəzifəyə gələr gəlməz ögey qardaşı  Abdullahın yarımçıq qalan işlərini sürətlə davam etdirməyə başladı . O, kral Abdullah  tərəfindən seçilən vəliəhd şahzadə Mukrini dəyişdirməmə qərarı verdi. Salman gözlənilmədən Sudairi qəbiləsinin öndə gələn adlarını yüksək mövqelərə və daxili işlər nazirinin müavini Məhəmməd bin Nayefi vəliəhd prens təyin etdi. Əslində, dünyasını  dəyişmiş  kral Abdullah  bu məqamı öz oğlu Meteb üçün istəyirdi, ancaq bu mümkün olmadı.
 
Ən əhəmiyyətlisi  isə özü də bir Sudairi olan Kral Salmanın, Müdafiə Nazirliyi vəzifəsinə 35 yaşlı oğlu Məhəmməd bin Salmanı gətirməsi oldu. Bütün bunların kral Abdullah öldükdən sonra edilməsi isə ilginc məqamlardan xəbər verir. 
 
Səudiyyədə  baş katiblik kral  Abdullahın dönəmində  Kral Məhkəməsinin  rəhbəri  Xalid əl-Tuveycri tərəfindən təşkil olunmuşdu. Baş katiblik əsası  Əbdüləziz əl-Tuveycri tərəfindən qoyulan və atadan oğula qalan qazanclı bir işdir. Tuveycrilər kralın şəxsi işlərini təqib edirdilər və onların icazəsi, xəbəri olmadan krala çatmaq mümkün deyildi. Tuveycri xarici siyasətin və strateji oyunların da kilid oyunçusu idi. Misirdə inqilabı pozmaq, Bəhreyndə üsyanı yatırmaq üçün əsgər göndərmək, vətəndaş müharibəsinin əvvəllərində Suriyadakı qruplara maliyyə  yardımı  işlərinin hamısında Tuveycrinin adı keçmişdi.
 
Tuveycrinin Misir prezidenti Sisi ilə  olan dostluq  münasibətlərinin  üstünü  artıq Ər-Riyaddan yönələn  intensiv küləklər bulayır. Sisi cümə günü dəfn mərasiminə qatılmadı. Sadəcə, pis hava üzündənmi ?
 
Yeni kralın  oğluna verdiyi dəyərin  digər atalarla müqayisədə  başqa bir səbəbi də var. O, dövlətdən və hakimiyyətdən narahatdır. 79 yaşlı Salmanın hazırda xəstə olduğu  bildirilir. Onun  alsheymer xəstəliyinə mübtəla olduğu  qeyd edilir. O, bir dəqiqə əvvəl nə dediyini unudur. Bu, xəstəliyin tipik xüsusiyyətidir. 
 
Hər hansı bir müxalifət olan bir ölkədə siyasi dəyişikliklər və dövlət gəmisinin istiqamətini dəyişmək cəhdi suallara və iradlara açıqdır. Ancaq Səudiyyə Ərəbistanın Misir siyasətində müxaliflərə artıq yer ayırması və onları riyazi mənada ciddiyə almağa başlaması ciddi bir istiqamət dəyişikliyinin göstəricisidir.
 
Salmanın yüksək rütbəli müşavirlərinin misirli müxalif liberallara danışıqlar aparması haqda məlumatlar yayılıb. Danışıqlar aparılan şəxslər  İxvan üzvü deyil, amma onlarla əlaqələri var. Daha praqmatik  və daha az aqressiv şəxsdir.
 
Kral Abdullah dövründə Müsəlman Qardaşlar təşkilatı, İŞİD və əl-Qaidə kimi  terror təşkilatı elan edilmişdi.
 
Səudiyyədə  Sudairi  qəbiləsi  hər nə qədər siyasi prosesləri nəzarətləri altında saxlasalar da, Səudiyyə Məclisində güc mübarizəsi gedir. Hətta cümə axşamı  kralın öldüyü ilə bağlı şayiələr Tvitterdə dolaşmağa başlayanda, iki əmir kralın öldüyünü  açıqlamışdı - rəsmi açıqlamadan öncə. Bu zaman Səudiyyə  sarayı çətin vəziyyətə düşmüşdü. 
 
Səudiyyədə dəyişiklik  ehtiyacının olması açıq-aydın görünür. Bu ölkənin arxa bağçası olan Yəməndə siyasi bir zəlzələ baş verir. Prezident  Mənsur Hadi, baş naziri və hökuməti istefa verdi. Ölkədə iki  güc qarşı qarşıyadır: İran dəstəkli  Hizbullah qüvvələri və sünni müsəlmanların müdafiəçisi əl-Qaidə.
 
Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıq imkanı axtaran Səudiyyə Ərəbistanı üçün bu bir fəlakətdir. Yəmənin keçmiş diktatoru Əli Abdullah Saleh yeni seçki  keçirilməsini  təklif   edir. Yəmən Yaxın Şərqin Ərəb baharını tamamlamayan dördüncü  dövləti oldu.
 
Şiə  husilerin Yəməndəki yüksəlişi öz-özünə deyil. Bu taktika  Saleh və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən aylar öncə planlaşdırılmışdı . Salehin  Romada iranlı bir nümayəndə heyəti ilə görüşmüşdü. Bu  görüş  ABŞ kəşfiyyatı tərəfindən müəyyən olundu  və Hadiyə çatdırıldı. Bir il əvvəl Səudiyyənin  kəşfiyyat şefi Şahzadə Bəndər, husilərin öndə gedən nümayəndəsi  ilə görüşməyə getdi. Qəribə burasıdır ki, Səudiyyə İran dəstəkli şiələr ilə bir müddətdir ki, onsuz da təmas qururmuş.
 
Lakin  Səudiyyənin  planı gerçək hədəflərini məhv etmək və onları vurmaq  üçün husilərdən  istifadə etmək idi.  2011-ci ildən  sonra Abdullahın xarici siyasətinin mərkəz nöqtəsi Tunis və Misirdə Ərəb baharını dayandırmaq və körfəz ölkələrində fəal müxalifət qabiliyyətinə malik bütün qüvvələri əzmək  olub. 
 
Hökumət  husilərin  irəliləməsinə qarşı silahlanmağı rədd edincə Yəmənin planı yerə düşdü. Nəticə olaraq, husilər gözləniləndən daha çox sahədə nəzarəti  təmin etdilər və nəticə olaraq, Yəmən vətəndaş müharibəsi həddinə gəlib  çatdı.
 
Kral Salmanın  dəyişikliyin zəruriliyinin fərqində olub olmadığını söyləmək  hələ çox tezdir. İnqilaba qarşı ən yaxşı müdafiə krallıq daxilində real, konkret, siyasi bir islahatlar keçirməkdir. Milli siyasət, siyasi partiyalar, real rəqabətə davamlı seçkilər, siyasi məhbusların sərbəst buraxılmasını, bütün bunlara icazə verilməlidir. 
 
Kral Abdullahın səltənəti, Səudiyyə  Ərəbistanı  zəiflətdi və qonşuları ilə düşmənə çevirdi.  Salman bunları aradan qaldıra biləcəkmi ? Bu böyük bir vəzifədir, amma ətrafında köklü bir dəyişikliyin lazım olduğunu düşünən insanlar var. Səudiyyə kralı xalqının dəstəyini ancaq bu yolla ala bilər. /

Google+ WhatsApp ok.ru