Sərdar Cəlaloğlu: “10 partiya seçki blokunda təmsil olunmağa ilkin razılıq verib”

““Qarabağ” bloku seçki deyil, siyasi blokdur. Ona görə də parlament seçkilərində seçki bloku yaratmağı düşünürük”.
 
Maide.az-ın məlumatına görə, bunu apa-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.  
 
S. Cəlaloğlu bildirib ki, müəyyən siyasi qüvvələrin parlament seçkilərində birgə, blok şəklində iştirakı haqda razılığa gəlinib: “Bəzi partiyalar rəhbər orqanlarında müzakirə aparmalıdır, müzakirələrin yekunundan asılı olaraq bu barədə qərar verəcəyik. Müsavat Partiyası istisna olmaqla, Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 10 partiya blokda təmsil olunmağa ilkin razılıq verib”.
 
ADP sədri seçkilərdə “Qarabağ” blokunun tərkibində iştirak etməmələrinə də aydınlıq gətirib: "“Qarabağ” bloku seçki deyil, siyasi blokdur. Biz bu blokda Ümid Partiyası ilə əməkdaşlığımızı davam etdiririk. Əgər bu seçki bloku yaranacaqsa, yalnız seçki dönəmində fəaliyyət göstərəcək, yəni müvəqqəti olacaq. Seçkilərdən sonra isə fəaliyyətini dayandıracaq”.   

Google+ WhatsApp ok.ru