Səudiyyə rejiminin yeni kralı şiələrə qarşı müharibəyə dəvət edildi

Bəhreynli sələfi Şeyx Casim Saidi Ərəbistanın mövcud kralını "Əmirəlmöminin" adlandıraraq, onu şiələrə qarşı müharibəyə dəvət edib.
 
Maide.az xəbər verir ki, bir müddət əvvəl Bəhreyndə keçirilən seçkilərdə məğlubiyyətə uğrayan sələfi Şeyxi şiələrin dini təlimlərə çox sayda bidət artırdıqlarını vurğulayıb və buna görə "Əmirəlmöminin" deyə xitab etdiyi Ərəbistan kralından şiələrə qarşı döyüşməsini istəyib. Sözlərinin davamında İŞİD və digər təkfirçi terror təşkilatlarından müsbət şəkildə danışan Casim Saidi, Ərəbistan kralı və körfəz ölkələrinin rəhbərlərinə dua edib.
 
Qeyd edək ki, Casim Saidi Bəhreyndə Ali Xəlifə rejiminin qatı tərəfdarlarından biridir və Bəhreyn kralı onu bir çox xüsusi toplantılarına dəvət edib.
 
Ərəbistandakı vəhhabi cərəyanla da möhkəm əlaqəsi olan bu sələfi Şeyxi noyabr ayında keçirilən seçkilərdə də vəhhabilərdən ciddi şəkildə dəstək almışdı.

Google+ WhatsApp ok.ru