Səudiyyə Ərəbistanı 9 müttəfiqi ilə Yəmənə qarşı hava hücumlarına başlayıb

Yəmənə qəfil hücumun əsas səbəbi

Martın 25-dən 26-a keçən gecə qəflətən Səudiyyə Ərəbistanı və 9 körfəz ölkəsi Yəmənə qarşı hava hücumlarına başlayıb. İşğalçı körfəz koalisiyasına Səudiyyə, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və sair ölkələr daxil olub. Misirin də bu işğalçı koalisiyaya qoşulduğu iddia edilir.

 

Deyerler.org "Reuters"ə istinadən xəbər verir ki, İşğalçı hava hücumları Yəmənin eks-prezidenti Abdurabbu Hadinin sığındığı Ədən şəhərindən qaçması və "Ənsarullah" Husilər Hərəkatının şəhəri nəzarətə götürməsinən sonra başlayıb. Yəmənin cənubunda yerləşən Ədən şəhəri Səudiyyə ilə sərhəd bölgədə yerləşir və şəhər Əl-Qaidə və təkfirçi-vəhhabi terrorçularının son və əsas "qala"sıdır.

Hadisə ilə bağlı dərhal Vaşinqtonda mətbuat konfransı keçirən Səudiyyə səfiri Adel Cubeyr Körfəz Ölkələrindən ibarət müttəfiqlərin "qanuni hökuməti müdafiə etmək və qorumaq" iddiası ilə hücuma başladıqlarını iddia edib. O, hücumlara Yəmənin eks-prezidenti Abdurabbu Mənsur-Hadinin təklifi ilə başladıqlarını da bildirib. A.Cubeyr Hadinin yeri haqqında hər hansı məlumat verməkdən imtina edib. "Biz devrilən Yəmən hökumətini qorumaq üçün nə lazımdırsa, edəcəyik", - deyə səud səfiri A.Cubeyr iddia edib.

O, bildirib ki, onların hərbi əməliyyatlar təklifi ABŞ tərəfindən qəbul edilib və dəstəklənir. A.Cubeyr açıqlayıb ki, Amerika Birləşmiş Ştatları hərbi əməliyyatlarda iştirak etməsə də, rəsmi Vaşinqton bir sıra açıqlanmayan yardımlar edir. Onun sözlərinə görə, hazırda körfəz koalisiya qüvvələrinin əsas missiyası Husilərin əsas mövqlərini bombalamaqdır, lakin şəhərlərin sayına məhdudiyyətlər qoyulmayıb.

Dövlət Departamentinin sözçüsü Cen Psaki Vashinqtonda brifinqdə A.Hadi barəsində açıqlama edib: "Biz onunla bir gün əvvəl əlaqə saxlamışıq. O, artıq onun üçün ayrılmış iqamətgahdadır. Mən burada onun yeri haqqında əlavə məlumatları təsdiq etmək iqtidarında deyiləm."

ABŞ rəsmiləri Səudiyyə Ərəbistanının Yəmənlə sərhədə ağır artilleriya, o cümlədən ağır hərbi texnika yeritdiyini bildirir. Amma Səudiyyə mənbələri ötən çərşənbə günü bölgəyə yalnız tanklardan ibarət texnika yeritdiklərini bildirib.

Qeyd edək ki, dünya KİV-ləri bu gecədən Yəmənə qarşı hücuma keçən 10 ölkənin hərbi əməliyyatlarına dair yeni təfərrüatlar yayıb. Terrorçuların əsas sığınacağı olan cənubdakı Ədən şəhərini nəzarətə götürən Husilər Hərəkatı buradakı hərbi bazalarda ABŞ kəşfiyyatına məxsus mühüm sənədləri əldə edib.

 

ABŞ-ın nüfuzlu nəşrlərindən Los-Ancelos qəzeti yazır ki, sənədlərdə ABŞ kəşfiyyatına işləyən informasiya mənbələri və agentlərin adları, həmçinin Yəməni terrorçulardan təmizləyən Husilərə qarşı "anti-terror" planları əks olunub. Qəzet bu barədə ABŞ-ın Yəmənə qarşı ağır zərbələr endirə biləcəyini vurğulayan kəşfiyyat mənbəyinə istinadən bildirib.

 

Bu vəziyyət ABŞ-ı o qədər çətin vəziyyət salıb ki, Amerika 2 ay ərzində pilotsuz təyyalərlə Yəmənə zərbələr endirməyi, ölkədəki diplomatik və digər missiyaları isə Səudiyyə Ərəbistanına köçürəcəkmiş.

 

Yəmənə qəfil hücumun əsas səbəblərindən biri bəlli oldu

Yəmənin Əl-Vəsət qəzetinə görə, eks-prezident Abdurabbu Hadinin ölkədən qaçmasından sonra Ədən sakinləri onun qaldığı iqamətgahı yağmalayıb, onun bütün əmlakı talan olunub.

 

Qeyd edək ki, ötən ilin sentyabrından başlayan Yəmən inqilabı xalqın dəstəyilə bu ilin fevralında başa çatıb. Hazırda ölkədə hakimiyyət xalq komitələrinin səyilə qurulan İnqilab Şurasının nəzarətindədir./

 

Google+ WhatsApp ok.ru