Səudiyyə rejimi Yəmənə 100 qırıcı və 150 min əsgərlə hücum edib

Maide.az-ın məlumatına görə, Səudiyyə rejiminin media orqanı olan "Əl-Ərəbiyə" televiziyası xəbər verərək, Səudların Yəmən xalqına qarşı hücumlarına 100 təyyarə və 150 min nəfərlik (hava, dəniz, quru qoşunlar olmaqla) ordu təhkim olunub. Səud rejimi təcavüzün adını "Dağıdıcı Fırtına" qoyub.
 
"Əl-Ərəbiyə"nin məlumatına görə, Yəmənin məhvi üçün Səudiyyə Ərəbistanının hücumlarına BƏƏ 30, Bəhreyn 15, Küveyt 15, Qətər 10, İordaniya 6, Mərakeş 6 və Sudan 3 döyüş təyyarəsi ilə dəstək verir. Hücumlara Misir və Pakistannın da dəniz qüvvələri qatılıb.

Google+ WhatsApp ok.ru