Səudiyyə Ərəbistanı Yəmənə hava hücumlarını davam etdirir

Səudiyyə rejimi  və müttəfiqləri bu gün də Yəmənə qarşı hava hücumlarını davam etdirirl.
Maide.az xəbər verir ki, Səudiyyə rejim qırıcı təyyarələri bu gün  səhər bir daha Yəmənin paytaxtı Səna şəhərinə havadan raket zərbələri endiriblər. Hələ ki, bu hücumların insan tələfatı barədə məlumat yayılmayıb. 
Yəmənin hava yolları şirkətinin  rəsmisi ölkədə bütün uçuşların dayandırıldığını bildirib. Məlumata görə, vəziyyətin gərgin olmasını nəzərə alaraq, Yəməndə bütün uçuşlar dünəndən (cümə axşamı) etibarən dayandırılıb. 
Digər bir məlumata görə,  Yəmənin Haşid, Məzhəc, Bəkil, Xulan əl-Təyal, Xulan Amir, Həmdan və Qəhtan qəbilələri müştərək bir bəyanat yayaraq, Yəmən ordusundan Ərəbistan ordusunun mövqelərini  eləcə də Ər-Riyad və Ciddə şəhərlərini hədəfə almasını, Ali-Səud rejiminin Yəmən xalqına qarşı cinayətlərini cavabsız qoymamasını istəyib. 
Hərbi mənbələr Yəmən ordusunun Səudiyyəı Ərəbistanın bu ölkəyə qarşı hücumlarına cavab vermək məqsədi ilə  onlarla Skad raketini əməliyyata hazır vəziyyətə gətirdiyini xəbər verir./ 
 
 
 

Google+ WhatsApp ok.ru