Səud kralı Yəmənə hərbi təcavüzün davamı qərarını verdi: Yəmən xalqı müharibə əmri gözləyir

Səudiyyə kralı Salman bin Abduləziz bildirib ki, Səudiyyə və müttəfiq körfəz ölkələrinin Yəmən qarşı hərbi əməliyyatları öz məqsədlərinə çatana qədər davam edəcək.
 
Deyerler.org-un PressTv-yə istinadən verdiyi xəbərə görə, bu barədə Səud kralı bu gün Misirin kurort şəhəri sayılan Şarm əş-Şeyxdə Ərəb Ölkləri Liqasının keçirilən sammitinin açılışında çıxışı zamanı bildirib.
 

Король Саудовской Аравии Салман принял участие в саммите Лиги арабских государств в Египте на Красном море курорт Шарм-эль-Шейх на 28 марта 2015 года © AFP

 

Səudiyyə kralı iddia edib ki, Yəmənə havadan bombaların yağdırılmasının səbəbi Yəmən xalqının “təhlükəsizliyi”ni müdafiə etməkdir. “Bu kapmaniya yəmən xalqı üçün təhlükəsizliyi tam təmin edənə qədər davam edəcək”, - deyə Səud kralı iddia edib.
 
Sammitdə çıxış edən digər Körfəz ölkələrinin rəhbərləri isə Yəmənə qarşı martın 26-da başladılmış hərbi əməliyyatların altı aya qədər davam edə biləcəyini bildirib.
 
BMT baş katibi Pan Gi Mun zirvəyə göndərdiyi məktubda Yəməndə sülh danışıqlarının zəruri olduğu, hərbi əməliyyatların həll yolu olmadığı vurğulanıb.

 

Artıq hərbi kapmaniyaya dəstək verən ABŞ və İngiltərə də mövqelərini nisbətən yumşaldaraq sülh danışıqlarının zəruri olduğunu bəyan edib. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri və Britaniya XİN rəhbəri müzakirələrində vurğulayıblar.
 
Sammitin keçirildiyi yerə Səudiyyənin dəstəyi ilə gələn Yəmənin qaçmış prezidenti Mansur Hadi isə, zirvənin başlamasına bir müddət qalmış yenidən gözlənilmədən ər-Riyada qayıdıb. Yəmənin qaçan prezidentinə tabe olan XİN rəhbəri Rabi Yasin isə bildirib ki, Mənsur Hadi hələ uzun müddət ölkəsinə qayıtmayacaq.
 

 

 

Yəmənin Husilər hərəkatının Səudiyyə rejiminin bəyanatına cavabı gecikməyib. Husilərin liderlərindən olan Dayfallah əl-Şami səudiyyənin bu günlər ərzində mülki insanların evləri, qadınları və uşaqları bombardman etdiyini bildirib. O, husilərin itkilər verməsi barədə xəbərlərin yalan olduğunu bildirib.
 
“Əl-Ərəbiyyə və Əl-Cəzirə Husilərin hərbi bazalarının vurulması barədə yalan informasiyalar tirajlayır”, - deyə Ənsərullah rəsmisi bildirib. O bu gün də bir Səudiyyə hərbi təyyarəsini vurduqlarını bildirib.

 

Dayfallah həmçinin bildirib ki, bütün Yəmən xalqı Ənsərullah liderlərinin müharibə əmrini gözləyir. “Əgər onlar Yəmənə quru əməliyyatları qərarı versə, bu torpaqlar Səudiyyənin olacağı son torpaq olacaq. Yəmən xalqı hansı silahlara malik olursa-olsun heç bir düşmənin torpaqlarına girməsinə imkan verməyəcək. Hər bir kişi əlinə silah ala bilir. Hər kəs ailəsini qorumağa hazırdır. Siz bu gün Ərəb Liqasının iclasını keçirib ərəb xalqına savaş açırsınız, İsrailə dəstək verirsiz. Bir Qəzzaya baxın! Gedin o torpaqları qoruyun”, - deyə Ənsərullah rəsmisi vurğulayıb.

 

Google+ WhatsApp ok.ru