Səudiyyə rejiminin Yəmənə təcavüzü davam edir

Beynəlxalq KİV-lər Səudiyyə rejimi qırıcılarının Yəmənə təcavüzünün davam etməsindən  xəbər verir.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin paytaxtı Sənanın ətrafında yerləşən bəzi hərbi bazalara hücumlarını davam etdirir.
Məlumata görə, Yəmənin Hava Hücumundan Müdafiə Qüvvələri bu hücumları cavablandırsa da, hücumlar sivil əhali arasında qorxu və dəhşət hissi yaradıb.
Səudiyyə rejim qüvvələri Yəmənə olan hava hücumları zamanı əsasən yaşayış məntəqələrini və sivil infrastrukturları hədəfə alır. Mülki əhali arasında qorxu hissi yaratmağa çalışır. Bu isə daha artıq dağıntılara və dinc  əhali arasında tələfatın artmasına səbəb olur.
Təcavüzkar qüvvələr öz hücumlarının dairəsini genişləndirib. Belə ki, Yəmənin qərbində yerləşən əl-Hədidə şəhərində də hərbi və sivil infrastrukturlar bombardman edilib. /

Google+ WhatsApp ok.ru